“Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı hücumçu Federiko Makedanı transfer edib.
30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Makeda peşəkar karyerasına "Mançester Yunayted"də başlayıb.