“Fənərbağça” klubundan ayrılan Məsut Özilin yeni dayanacağı "Başakşəhər" olacaq.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Məlumata görə, 33 yaşlı yarımmüdafiəçi klubun baş məşqçisi Əmrə Bəlözoğlu ilə yaxın dostdur. Özil bu səbəbə görə, sözügedən komandanın sıralarına qoşulmağa qərar verib.
Qeyd edək ki, təcrübəli oyunçu “Fənərbağça”nın əsas komandasından qovulmuşdu.