Yeni mövsümdə Super Liqada mübarizə aparacaq "Ankaragücü" heyətini daha bir ulduz futbolçu gücləndirib.
Offsideplus.az "Mynet"ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bir dönəm "Mançester Yunayted"də çıxış edən 30 yaşlı hücumçu Federiko Maçeda ilə anlaşıb. Onunla 2+1 illik müqavilə imzalanacaq. Rəsmi sözləşmənin yaxın zamanlarda açıqlanması gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted"lə yanaşı, "Ştuttqart", QPR, "Sampdoriya", "Kardiff Siti", "Nottinqem Forest" və "Novara"da çıxış edən Maçedanın son klubu "Panatinaikos" olub.
Xatırladaq ki, "Ankaragücü" daha əvvəl "Real"ın sabiq futbolçusu Xese Rodriqesi heyətinə qatmışdı.