"Fənərbağça" klubu bir müddət əvvəl komandadan uzaqlaşdırdığı türk əsilli almaniyalı futbolçusu Məsut Özillə bağlı qərarını verib.

 Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniya millisinin sabiq üzvü ilə müqaviləyə qarşılıqlı xitam verilməsi barəsində razılaşıb. Klubun yaxın saatlarda bu məsələ ilə bağlı olaraq rəsmi açıqlama verəcəyi gözlənilir.

Xatırladaq ki, 33 yaşlı futbolçu 2020/21-ci il mövsümünün ikinci yarısından "Fənərbağça"da çıxış edirdi. O, 37 matçda 9 qol, 3 assistlə yadda qalıb.