Türkiyənin "Başakşəhər" klubu 2020/21 mövsümünün 2-ci yarısında "Milan"dan icarəyə götürdüyü mərkəz müdafiəçisi Leo Duaertini birdəfəlik transfer edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

 Qeyd edək ki, 25 yaşlı oyunçu geridə qalan mövsümdə Super Liqa klubunun heyətində 33 oyunda meydana çıxıb.