Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az "Sabah" nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi son olaraq İngiltərənin "Uotford" klubunda çıxış etmiş Coşua Kinqi sıralarına qatıb. 

Artıq 30 yaşlı norveçli hücumçunun meneceri ilə Türkiyədə görüş keçirilib. Onun keçidinin tezliklə rəsmən açıqlanacağı gözlənilir.  Onun transfer məbləği və müqavilənin müddəti barədə hələlik informasiya yoxdur.

Qeyd edək ki, Kinq İngiltərədə "Mançester Yunayted" və "Everton" kimi klubların da formasını geyinib.