"Beşiktaş" klubu futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, "Beşiktaş"da keçirdiyi 326 matçda 26 qol vurub.