Türkiyənin "Beşiktaş" klubu sıralarını yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi bugünlərdə İspaniyanın "Selta" klubundan ayrılan Okay Yokuşlunu transfer edəcək.
Artıq 28 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparılır. Okay özü də ölkəsinə qayıtmaq niyyətindədir.
Bildirək ki, sözügedən oyunçu Türkiyədə "Kayserispor" və "Trabzonspor" kimi klubların formasını geyinib. O, 2025-ci ildən Türkiyə millisinə də dəvət alır.