"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi 25 yaşlı oyunçu Emre Morla anlaşıb. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Emre Morun son klubu "Fatih Karagümrük" olub.