Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisi Okan Buruk heyətdə "təmizlik" işləri aparmaq qərarına gəlib.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssis növbəti mövsümdə 6 futbolçunun xidmətindən yararlanmaqda maraqlı deyil.
Həmin oyunçuların arasında "cim-bom"un məşhur simaları var. Sözügedən futbolçular Markao, Morutan, Diaqne, Luyindama, Boey və Sekidikadır.
Okan Buruk bu oyunçuların satışı və icarəyə verilməsindən əldə olunacaq gəlirlə İstanbul təmsilçisinə yeni futbolçular cəlb etmək istəyir.