İtaliya “İnter”inin yarımmüdafiəçisi Arturo Vidal bu yay klubu tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, Çili millisinin 35 yaşlı üzvü ilə “Qalatasaray” və “İnter Mayami” yaxından maraqlanır.

Qeyd edək ki, Vidal 2020-ci ilin sentyabrından “İnter”də çıxış edir. O, 2021/22 mövsümündə 41 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.