"Qalatasaray" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "cim-bom" Portuqaliya millisinin və "Betis"in yarımmüdafiəçisi Villiam Karvalyonu heyətinə qatacaq. Artıq hər iki tərəf arasında danışıqlar gedir. Bu barədə jurnalist Ekrem Konur "tvitter" hesabında məlumat yayıb.
Qeyd edək ki, 30 yaşlı oyunçu keçən sezon Sevilya təmsilçisi ilə 49 oyunda 4 qol və 5 məhsuldar ötürmə edib.