Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar" müqavilə ilə İspaniyanın "Espanyol" klubunun vingeri Matias Varqası transfer etməyə hazırlaşır.
İstanbul təmsilçisi artıq 25 yaşlı futbolçu üçün qarşı tərəfə təklif yollayıb. "Cim-bom"un yeni baş məşqçisi Okan Buruk sözügedən oyunçunu sərəncamında görmək istəyində israrlıdır.
Qeyd edək ki, M.Varqas bundan əvvəl icarə əsasında Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edib.