Türkiyə yığmasının üzvü Cenk Tosun ölkəsinə geri dönüb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını “Beşiktaş”da davam etdirəcək.
“Everton”dan ayrılan futbolçu İstanbul klubuna azad agent statusu ilə keçəcək.
Qeyd edək ki, 2014-2018-ci illərdə “Beşiktaş”da çıxış edən Cenk Tosun ötən il də qısa müddət bu klubda icarə əsasında oynayıb.