"Fənərbağça"nın heyətindən kənarlaşdırılan Məsut Özil daha bir hərəkəti ilə gündəm olub.
Offsideplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "sarı-lacivərtlilər"in "instaqram" və "tvitter" hesablarını izləmədən çıxarıb.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü əvvəlki baş məşqçisi İsmail Kartalla yaşadığı mübahisəyə görə heyətdən kənarlaşdırılmışdı.