"Trabzsonspor" yeni futbolçu ilə anlaşıb.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "bordo-mavililər" "Şaxtyor"in braziliyalı müdafiəçisi Marlonla razılaşıb. 26 yaşlı oyunçunun Donetsk təmsilçisi ilə sözləşməsi 2026-da başa çatır.
Qeyd edək ki, Marlon 2021-ci ilin yayından "Şaxtyor"da çıxış edir. O, 2016/2018-ci illər aralığında "Barselona" forması geyinib.