Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az Braziliya mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Aleksandre Patonu rənglərinə bağlamaq üçün çalışır. "Cim-bom" 32 yaşlı hücumçunun hazırda şərəfini qoruduğu ABŞ-ın "Orlando Siti" klubuyla danışıqlar aparır.
Tərəflər razılığa gəlməyə yaxındır. Bu baş tutsa, Pato yayda Super Liqa təmsilçisinin sıralarına qoşulacaq.
Qeyd edək ki, təcrübəli forvard karyerası ərzində "Milan" və "Çelsi" kimi klubların formasını geyinib. O, 2021-ci ildən MLS təmsilçisində çıxış edir.