"Mançester Yunayted"lə yollarını ayıran Xuan Mata karyerasını Türkiyədə davam etdirə bilər.

 Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Adana Dəmirspor" 34 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə razılaşmaq üzrədir. Hər iki tərəf danışıqlarda son nöqtəyə çatıb.

Qeyd edək ki, Mata karyerası ərzində "Mançester Yunayted"lə yanaşı, "Valensiya" və "Çelsi"də də çıxış edib.