Türkiyənin "Qalatasaray" klubu komandanın "sükanı arxasına" yeni mütəxəssis gətirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, söhbət Okan Burukdan gedir. İstanbul təmsilçisi 48 yaşlı mütəxəssislə danışıqlar aparır.

Buruk özünün verdiyi açıqlamada da "sarı-qırmızılılar"ın baş məşqçi postuna keçə biləcəyini deyib: "mənim üçün baş məşqçilik işi adına ən uyğun yer "Qalatasaray"dır. Hər şey danışıqlardan asılıdır".

Qeyd edək ki, mütəxəssisin son iş yeri "Başakşəhər" klubu olub. "Qalatasaray"ı isə hazırda Domenek Torrent çalışdırır.

Maraq üçün diqqətinizə çatdıraq ki, Okan Burukun adı bir müddət əvvəl Azərbaycan milli komandası ilə yanaşı hallanırdı.