Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adı bəlli olub.

Offsideplus.az xəbər verir ki, "İstanbulspor" əsas çempionata vəsiqəni təmin edib.

Komanda pley-off mərhələsinin finalında "Bandırmaspor"u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, daha əvvəl "Ankaragücü" və "Ümraniyespor" Superliqaya vəsiqə qazanıb.