Türkiyənin "Ankaragücü" klubu heyətini tanınmış futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, növbəti mövsümdə Super Liqada mübarizə aparacaq paytaxt təmsilçisi Fransa PSJ-sinin yarımmüdafiəçisi İdrissa Qeyeni sıralarına qatacaq. Artıq Türkiyə klubunun rəhbərliyinin seneqallı futbolçu üçün qarşı tərəflə rəsmi danışıqlar apardığı bildirilir.

33 yaşlı oyunçu üçün ödəniləcək məbləğ və müqavilə şərtləri isə hələlik açıqlanmır.

Qeyd edək ki, Qeye 2019-cu ildə "Everton"dan PSJ-yə keçib.