Türkiyə mətbuatında "Ankaragücü" klubunun yeni baş məşqçisinin Ftaih Terim olacağı ilə bağlı xəbərlər yayılmışdı.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, növbəti mövsümdən Super Liqada mübarizə aparacaq komandanın rəhbərliyinin Ftaih Terimlə danışıqlar apardığı qeyd edilmişdi.

Lakin bu gün mediaya açıqlama verən klub prezidenti Faruk Koca yola hazırkı baş məşqçi Mustafa Dalcı ilə davam edəcəklərini bildirib.

Qeyd edək ki, "Qalatasaray"la yollarını ayıran Fatih Terim hazırda işsizdir.