Türkiyə millisinin və "Qalatasaray" klubunun gənc futbolçusu Kərəm Aktürkoğlunun yeni klubu müəyyənləşib.

 Offsideplus.az Fransa mətbuatına istinadla xəbər verir ki, 23 yaşlı vinger adıçəkilən ölkənin "Lion" klubuna keçəcək. Liqa 1 təmsilçisi "Qalatasaray" rəhbərliyi ilə danışıqlar aparıb və Aktürkoğlunun mümkün keçidi barədə razılıq əldə olunub. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm "Qalatasaray" forması ilı çıxdığı 48 matçda 12 qol vurub, 9 məhsuldar ötürmə verib.