Mustafa Məhəmməd mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 24 yaşlı misirli forvard karyerasını Fransada davam etdirəcək. Onunla "Bordo" və "Lill" yaxından maraqlanır.
"Cim-bom" rəhbərliyi bu mövsüm yaxşı performans göstərməyən oyunçuya gələn təklifləri dəyərləndirəcək. Onun hazırkı müqaviləsi 2024-də başa çatır.
Qeyd edək ki, Misir millisinin üzvü 2021-ci ildən İstanbul nəhəngində çıxış edir.