Türkiyənin "Qalatasaray" klubu gənc futbolçusu Kərəm Aktürkoğluya qiymət qoyub.

 Offsideplus.az "Sabah"a istinadla xəbər verir ki, 23 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyən klub 10 milyon avrosundan keçməli olacaq.

Hazırda onunla İtaliya və İngiltərə klublarının maraqlandığı bildirilir.

Qeyd edək ki, Kərəm 2020-ci ildən "sarı-qırmızılılar"da forma geyinir. O, Türkiyə yığmasının da üzvüdür.