Türkiyənin “Göztəpə” komandası baş məşqçi Stepan Tomas ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 46 yaşlı xorvatiyalı mütəxəssislə yanaşı, köməkçiləri də istefaya göndərilib.
Stepan Tomas bu ilin mart ayında “Göztəpə”yə baş məşqçi təyin olunmuşdu. Lakin o, komandanı elitada saxlamağı bacarmayıb. "Göztəpə" bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 6 oyunda cəmi 1 xal toplaya bilib.