İngiltərənin "Mançester Siti" klubunun türk əsilli almaniyalı futbolçusu İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

 Offsideplus.az "Sport1"ə istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə özü açıqlama verib. O, "şəhərlilər"lə yolları ayrılacağı təqdirdə Super Liqada çıxış etmək niyyətində olduğunu bildirib.

İlkayın Premyer Liqa təmsilçisiylə 2023-cü ilədək müqaviləsi var. Lakin "Mançester Siti" rəhbərliyi ona indiyə qədər yeni sözləşmə təklif etməyib.

Qeyd edək ki, təcrübəli oyunçu 2016-cı ildən "Dumanlı albion" klubunda oynayır.