"Fənərbağça" sabiq qapıçısı Ertuğrul Taşkıranı komandaya qaytaracaq.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" 32 yaşlı qolkiperin çıxış etdiyi "Kasımpaşa" ilə anlaşmaya yaxındır. Bir il daha klubuyla sözləşməsi olan əlcək sahibi İstanbul nəhənginə keçməyə müsbət yanaşır.
Qeyd edək ki, təcrübəli qapıçı 2011/2017-ci illər aralığında "Fənərbağça"da çıxış edib.