2020-ci ildə "Fənərbağça"dan İtaliya "Latsio"suna 19,9 milyon avroya transfer edilən Vedat Muriqi yenidən Super Liqanın yolunu tuta bilər.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu Türkiyə klublarından biriylə danışıqlar aparır. Ancaq hansı komandayla olduğu dəqiq deyil.
Mənbənin yazdığına görə, kosovolo forvardın danışıqlar apardığı klublardan biri "Qalatasaray"dır. Digəri isə Muriqinin sabiq komandası "Fənərbağça"dır.
Futbolçunun yayda "Latsio"nun sıralarını tərk edəcəyi gözlənilir. Halbuki, onun A Seriyası təmsilçisiylə 2025-ci ilə qədər müqaviləsi var.
Bildirək ki, Muriqi 2019/2020 mövsümündə "Fənərbağça"da çıxış edib. O, bundan əvvəl ardıcıl olaraq"Gənclərbirliyi" və "Çaykur Rizəspor"un da formasını geyinib.