"Qalatasaray" ciddi itki ilə üzləşib.
Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, komandanın əsas üzvü olan Kərəm Aktürkoğlu sıradan çıxıb. O, ölkə çempionatının son turunda "Fatih Karagümrük"lə matçda zədələnib. 24 yaşlı oyunçunun "Fənərbağça" ilə derbidə oynayacağı sual altındadır.
Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" matçı aprelin 10-u saat 21:30-da başlayacaq.