"Qalatasaray" klubu fransalı hücumçusu Bafetimbi Qomisə əvəzləyici tapıb.

Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, adı Çin klublarına transferdə hallanan Qomisin yerinə "sarı-qırmızılılar" Kolumbiya millisində və icarə əsasında "Vilyareal"da çıxış edən Karlos Bakkanı gətirməyi planlaşdırır. 31 yaşlı futbolçunun sərbəst qalma müddəti məbləği isə "Milan" klubuna məxsusdur. Hətta, klub rəsmilərinin oyunçunun meneceri ilə görüşdüyü barədə xəbərlər də yayılıb.

Qeyd edək ki, "Qalatasaray" bu günlərdə hazırki hücumçusu B.Qomisin böyük ehtimalla komandadan gedəcəyini bildirib. Klub fransalı hücumçu üçün 10 milyon avro qiymət də müəyyənləşdirib.