Məsut Özil "Fənərbağça"dan ayrılmağa hazırlaşır.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, 33 yaşlı oyunçu karyerasını ABŞ-da davam etdirə bilər. Onu İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin sahibi olduğu "İnter Mayami" heyətinə qatmaq istəyir. Oyunçu özü də getməyə müsbət yanaşır.
Qeyd edək ki, Özil 2021-ci ilin yanvarından "sarı-lacivərtlilər"də çıxış edir.