"Göztəpə" futbolçusu Zenan Burekoviçlə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, İzmir təmsilçisi 26 yaşlı müdafiəçi ilə qarşılıqlı razılaşaraq müqaviləyə xitam verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bosniya və herseqovinalı oyunçu 2020-ci ildən Super Liqa klubunda çıxış edirdi.