"Fənərbağça” klubu iki futbolçusunu - Məsut Özil və Ozan Tufanı heyətdən kənarlaşdırıb.
Offsideplus.az xəbər verir ki, oyunçuların hansı səbəbdən komandadan uzaqlaşdırıldığı açıqlanmayıb.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, Özil və Tufan məşq zamanı baş məşqçi İsmail Kartalla mübahisə etdiyi üçün cəzalanıb.