"Beşiktaş"ın baş məşqçisi Önder Karavəli istefa verib.

Offsideplus.az xəbər verir ki, o, Türkiyə kubokunda "Kaysərispor"a məğlubiyyətdən sonra vəzifədən getmək istəyini rəhbərliyə bildirib. Lakin "qara qartallar"ın prezidenti Ahmet Nur Çebi bunu qəbul etməyib.

Qeyd edək ki, "Beşiktaş" Karavelinin başçılığı altında 30 turda topladığı 46 xalla 8-ci yerdədir.