Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Kərəm Aktürkoğlu karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

 Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, Madrid "Atletiko"su 23 yaşlı sol cinah vingerinin xidmətində maraqlıdır.

İstanbul təmsilçisi isə futbolçusuna 20 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Türkiyə yığmasının da şərəfini qoruyan Aktürkoğlu 2020-ci ildən "Qalatasaray"da çıxış edir.