“Qarabağ” klubunun sabiq hücumçusu Dino Ndlovu Türkiyənin “Kocaelispor” komandasından ayrılıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 yaşlı Cənubi afrikalı futbolçu bundan sonra karyerasını Çinin Super Liqa təmsilçisi “Çançun Yatay”da davam etdiriləcək. Forvardın transferi üçün 5 milyon dollar ödəniləcəyi iddia olunub.

Qeyd edək ki, Ndlovu 2018-ci ilin yanvarında “Qarabağ”dan Çinin 2-ci liqa klubu “Çjetsyaz” klubuna keçib. O, ötən yay Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor”a transfer olunub.