Türkiyənin "Qalatasaray" klubunun gənc futbolçusu Kərəm Aktürkoğluyla bağlı yeni transfer iddiaları ortaya çıxıb.
Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Cim-bom"un əzəli rəqibi "Fənərbağça" 23 yaşlı sol cinah vingerini heyətinə qatmaq üçün hərəkətə keçib.
Lakin "Qalatasaray"ın Kərəmi satmaq niyyətində olmadığı bildirilir. O cümlədən "Beşiktaş"ın da adıçəkilən futbolçuya "elçi" düşdüyü yazılır.
Qeyd edək ki, Aktürkoğlu 2020-ci ildən "Qalatasaray"da çıxış edir.
Maraq üçün bildirək ki, onu transfer etmək istəyən klubların siyahısında Fransa PSJ-si də var.