"Göztəpə"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, İzmir təmsilçisi 45 yaşlı Styepan Tomasla anlaşıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb. O, bu postda dünən istefa verən Nestor El Maestronu əvəz edib.

Sözügedən mütəxəssis Xorvatiya millisinin heyətində də 49 oyunda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, o, daha əvvəl Türkiyədə "Antalyaspor" və "Çaykur Rizəspor"u çalışdırıb.