"Göztəpə" baş məşqçisi Nestor El Maestro ilə yolları ayırıb.

 Offsideplus.az xəbər verir ki, 38 yaşlı serbiyalı çalışdırıcının sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu mövsümün əvvəlindən İzmir təmsilçisinə rəhbərlik edən mütəxəssis Super Liqada 25 matçda 7 qələbə, 4 bərabərlik və 14 məğlubiyyət alıb.