Sərgən Yalçınla yollarını ayırdıqdan sonra yola Önder Karavelli ilə davam edən "Beşiktaş" baş məşqçi postuna tanınmış almaniyalı mütəxəssisi gətirməyə hazırlaşır.
Offsideplus.az "A Spor" nəşrinə istinadən xəbər verir ki, söhbət bugünlərdə Rusiya "Krasnodar"ından ayrılan Daniel Farkedən gedir.
Klub rəhbərliyi hazırda 45 yaşlı çalışdırıcı ilə danışıqlar aparır. Farkenin də Super Liqa nəhəngində işləmək istəyində olduğu bildirilir.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində "Krasnodar"a baş məşqçi təyin edilən mütəxəssis Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə komandanın "sükanı arxasından" ayrılaraq bu ölkəni tərk edib.