"Qalatasaray" klubu fransız futbolçusu Bafetimbi Qomisin transfer qiymətini açıqlayıb.

Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya 10 milyon avro qiymət qoyulub. Ötən mövsüm 29 qolla bombardir olan Qomis bu nəticə ilə Türkiyə Super Liqası tarixində Aleks de Souzanın rekordunu qırıb. "Qalatasaray" Çin klublarında 10 milyon avro təklif gələcəyi təqdirdə Qomisi satacaqlarını bəyan edib.

Qeyd edək ki, fransalı futbolçu 2017-ci ildən "cim-bom"da çıxış edir.