"Qalatasaray" heyətini məşhur futbolçu ilə gücləndirəcək.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Qətər təmsilçisi "Al-Rayyan" forması geyinən Xames Rodriqes İstanbul nəhənginə keçməyə yaxındır. 30 yaşlı kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin Avropa qayıdıb, daha iddialı klubda çıxış etmək istədiyini vurğulanıb. Lakin işin maliyyə tərəfi bu transferin reallaşmasını ləngidir. Hazırkı komandasında aylıq 900 min avro qazanan oyunçuya "cim-bom"un bu məbləği verəcəyi gözlənilmir.
Qeyd edək ki, Xames karyerası ərzində "Porto", "Monako", "Real" ( Madrid ), "Bavariya" və "Everton"un şərəfini qoruyub.