Atiba Hatçinson "Beşiktaş"da qalacaq.

 Offsideplus.az xəbər verir ki, 39 yaşlı kanadalı yarımmüdafiəçi daha 1 il "qara qartallar"da oynamaq istədiyini bildirib. Artıq klub rəhbərliyi müqaviləni yeniləmək barədə veteran futbolçu ilə danışıqlar aparır. Onun hazırkı sözləşməsi bu mövsümün sonu yekunlaşır.

Qeyd edək ki, Atiba 2013-cü ildən "Beşiktaş"da çıxış edir.