"Trabzonspor"un futbolçusu Marek Hamşik sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı slovakiyalı yarımmüdafiəçi "Konyaspor"la matçda zədələnib. Oyunçu artıq ölkəsinə yollanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, sabah keçirləcək "Alanyaspor"la matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Slovakiya millisinin üzvü bu mövsüm "bordo-mavililər"in heyətində 24 matçda 2 qol və 4 məhsuldar ötürmə edib.