"Fənərbağça"nın baş məşqçi postuna gələcəyi gözlənilən Yoahim Löv klub rəhbərliyinin qarşısına şərt qoyub.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, 62 yaşlı alman mütəxəssis transferlər üçün İstanbul təmsilçisinin rəhbərliyindən nə az, nə çox 50 milyon avro məbləğində büdcə ayırılmasını istəyib.
"Fənərbağça" hazırda bir neçə futbolçusunu satmağa hazırlaşır. Klub rəhbərliyi satışlardan əldə olunan gəlirlərlə bu büdcəni formalaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Türkiyə mətbuatı Lövün tezliklə "sarı-lacivərtlilər"lə müqavilə imzalayacağını yazır. Hazırda "kanarya"nı müvəqqəti olaraq İsmail Kartal çalışdırır.