"Fənərbağça" klubu baş məşqçi postuna tanınmış mütəxəssisi gətirməyə hazırlaşır.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi komandanın "sükanı arxasına" təcrübəli rumıniyalı mütəxəssis Mirça Luçeskunu gətirməyə hazırlaşır.
Belə ki, "sarı-lacivərtlilər"in rəhbərliyi hazırda 76 yaşlı mütəxəssislə danışıqlar aparır. Ukraynanın "Dinamo"(Kiyev) klubuna rəhbərlik edən Luçeskunun yenidən Türkiyəyə dönmək niyyətində olduğu bildirilir.
Qeyd edək ki, təcrübəli çalışdırıcı 2000-2002-ci illərdə "Qalatasaray", 2002-2004-cü illərdə isə "Beşiktaş"ın baş məşqçisi olub.
Əlavə edək ki, "Fənərbağça"nın almaniyalı mütəxəssis Yoahim Lövlə də danışıqlar apardığı barədə xəbərlər yayılıb.