"Fənərbağça"nın sabiq futbolçusu Yassin Benzia karyerasını yenidən Türkiyədə davam etdirəcək.

 Offsideplus.az xəbər verir ki, 27 yaşlı əlcəzairli oyunçu "Hatayspor"la anlaşıb. Super Liqa təmsilçisi onu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

O, müqavilə əsasında Fransanın "Dijon" klubuna məxsusdur.

Qeyd edək ki, Benzia 2018/2019 mövsümündə "Fənərbağça"da çıxış edib.