Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz bu ay klubunu dəyişəcək.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı “Bursaspor”un prezidenti Ali Ay verib.
O bildirib ki, qış fasiləsində komandanı 4 futbolçu tərk edəcək ki, onlardan biri də Dəniz olacaq: “Dəniz Yılmaz, Bilal Kısa, Merter Yüce və İsmail Konuk yüz faiz komandadan gedəcəklər. Biz onların hamısı ilə xoşluqla vidalaşmaq istəyirik. Deyəsən, özlərinə yeni komanda da tapıblar. Yaxın 1-2 həftə ərzində qarşılıqlı razılıqla müqavilələrə xitam verəcəyik”.
Qeyd edək ki, Dəniz Yılmaz “Bursaspor”a 2016-cı ildə “Trabzonspor”dan keçib.
apasport.az