Türkiyənin "Fənərbağça" klubu məşhur almaniyalı mütəxəssis Yoahim Lövlə anlaşıb.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis İstanbul təmsilçisini çalışdırmağa razılıq verib. Mənbənin yazdığına görə, Löv bu mövsümün sonunda müqavilə imzalamaq üçün Türkiyəyə gələcək.
Qeyd edək ki, Vitor Pereyrayla yolları ayıran "sarı-lacivərtlilər"i hazırda İsmail Kartal çalışdırır.